Milan"ın futbolçusu 2 ay oynamayacaq

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Fikayo Tomori sıradan çıxıb.

26 yaşlı futbolçu ölkə çempionatının 17-ci turunun "Salernitana" ilə matçında sıradan çıxıb. İngiltərəli arxa xətt oyunçusu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Fikayo Tomori cari mövsümdə "Milan"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right