A Seriyasının 17-ci turunda "Roma" ilə səfər oyunundan sonra "Napoli"nin baş məşqçisi Valter Mazzarrinin başına qəribə hadisə gəlib.
Newsport.az xəbər verir ki, o, oyunun ardından "Stadio Olimpiko"da müsahibə verdiyi üçün yubanıb. Buna görə də komandanın avtobusu baş məşqçi olmadan yola çıxıb. Valter bundan xəbər tutanda artıq gec olub. Ona görə də mütəxəssis Neapola taksi ilə qayıtmalı olub.
Şəhərlər arasındakı məsafə isə 223 km-dir.
Qeyd edək ki, sözügedən oyunda "Roma" "Napoli"yə 2:0 hesabı ilə qalib gəlib.