"Beşiktaş" "Mançester Yunayted"in sabiq çalışdırıcısı ilə görüşdü

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole-Qunnar Sulşerin işsiz günləri başa çatmaq üzrədir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, norveçliyə “Beşiktaş”dan təklif gəlib. 

2021-ci ilin noyabrında “Mançester Yunayted”dən ayrılan norveçli mütəxəssis Türkiyə klubu ilə danışıqlara başlayıb. Tərəflər ilk görüşünü Londonda keçirib.

Maraqlıdır ki, Türkiyə klubunun rəhbərliyi Stanislav Çerçesovla da görüşüb.

Yaxın vaxtlarda “Beşiktaş”ın yeni baş məşqçisinin adı açıqlanacaq
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right