"Barselona"nın müdafiəçisi Serxi Roberto "İnter"in hədəfinə çevrilib.
Newsport.az-ın məlumatına görə, yanvarın əvvəlində milanlılar futbolçu ilə azad agent kimi transferlə bağlı danışıqlar aparmağa çalışacaq.
Futbolçunun özü heç bir klubla ilkin müqavilə imzalamağa çalışmır.
O, 2024-cü ilin may ayına qədər "Barsa”dan yeni müqavilə təklifini gözləməyə hazırdır. Bu baş tutmasa, futbolçu Milana yollanacaq.