"Real" açıqlama yaydı: "Zenit"in futbolçusu ilə maraqlanmırıq

"Real"ın "Zenit"in müdafiəçisi Robertu Renani istədiyi xəbərləri yayılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər paylaşıb.

Amma "kral klubu"nun mətbuat xidməti çıxan xəbərləri yalanlayıb: "Zenit"in futbolçusu ilə maraqlanmırıq, belə söhbət gündəmdə deyil".

20 yaşlı futbolçunun Sankt-Peterburq təmsilçisi ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. O, bu il “Korintians”dan “Zenit”ə keçmişdi.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right