Avstriyada ilin futbolçusunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "Real"ın müdafiəçisi David Alaba bu ada layiq görülüb.
Bu barədə Avstriya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Alaba 10-cu dəfədir ki, ölkəsində ən yaxşı futbolçu seçilir.
O, bu il "ilin ən yaxşısı" seçilmək üçün Konrad Laimer ("Bavariya"), Kristof Baumqartner və Nikolas Seyvaldı (hər ikisi “Leyptsiq”) geridə qoymalı olub.