Millimizin üzvü qol vurdu, komandası məğlubiyyətdən xilas oldu

Niderland 1-ci divizionunda 20-ci turun matçları baş tutub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" "Yonq Ayaks"la qarşılaşıb.

Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Kökçü meydana start heyətində çıxıb və sona qədər oynayıb. Millimizin üzvü komandasının ikinci qolunun müəllifi olub.

"Eyndhoven" Niderland 1-ci divizionunda 30 xalla 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right