"Beşiktaş" və "Fənərbaxça"nın sabiq üzvü yenidən Türkiyədə oynayacaq

“Beşiktaş” və “Fənərbaxça”nın sabiq üzvü Jozef De Souza yenidən Türkiyəyə qayıdıb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Başakşehir”lə anlaşıb.

Son olaraq Çində “Beytzin Qoan”da oynamış braziliyalının İstanbul təmsilçisi ilə 6 ay+2 illik müqaviləyə razılaşdığı bildirilir.

“Vasko Da Qama”, “Porto”, “Sao Paolo”, “Qremio”, “Fənərbaxça”, “Əl-Əhli” komandalarında oynamış Jozefin Çin klubu ilə müqaviləsi bu ayın 31-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right