Viktor Osimhendən vacib qərar

"Napoli"nin hücumçusu Viktor Osimhen gələcəyi ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, nigeriyalı futbolçu bir müddət Neapol təmsilçisində qalmağı düşünür. Bu barədə Fabritsio Romano məlumat yayıb.

24 yaşlı forvardla "Napoli" rəhbərliyi arasında gedən danışıqlar uğurlu nəticələnib. O, 2025-ci ilin yayına kimi olan müqaviləsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə "Napoli"nin heyətində meydana çıxdığı 17 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right