"Jirona" ÇL-ə vəsiqə qazansa, iştirak edə bilməyəcək

"Jirona" növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazansa belə, bu turnirdə iştirak etməyəcək.

Newsport.az xəbər verir ki, İspaniya klubu “Mançester Siti”nin olduğu turnirdə oynamaq haqqına sahib olmayacaq.

Məsələ burasındadır ki, "Jirona" və "Mançester Siti" eyni, daha dəqiq "City Football Group" holdinqinə məxsusdur.

UEFA-nın reqlamentinə görə, eyni sahibləri olan klublar Çempionlar Liqasında birlikdə iştirak edə bilməz. 

Bununla belə, “Red Bull”a məxsus “Zaltsburq” və “Leyptsiq”in bəlli qaydalar çərçivəsində çıxış yolu tapması diqqət çəkir. 

Qeyd edək ki, "Jirona" hazırda İspaniya Primerosunda çempionluğa əsas namizədlərdəndir. Bu komanda 45 xalla "Real"la birinci-ikinci yerləri bölüşür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right