"Bavariya" "Real"ın futbolçusuna köməklik göstərəcək

"Bavariya"nın idarə heyətinin üzvü Uli Heness Münhen klubunun "Real"ın müdafiəçisi David Alabaya əməliyyatında köməklik göstərmək istədiklərini bildirib. 

Newsport.az "Servus Nachrichten"ə istinadən xəbər verir ki, klub rəsmisi avstriyalı oyunçuya yardım etmək niyyətində olduqlarını söyləyib:

"Bu gün onunla əlaqə saxlamağa çalışdım. Amma təəssüf ki, alınmadı. Biz "Bavariya" olaraq onun İnsbrukda çox güvəndiyimiz bir həkim tərəfindən əməliyyat olunmasına çalışdıq. Belə də olacaq, həll edəcəyik. Əsas odur ki, Alaba tez bir zamanda ayağa qalxsın".

31 yaşlı futbolçu 2010-2021-ci illərdə “Bavariya”da oynayıb. Sonradan isə o, “Real”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right