Şeydayevin komandası kubokda mərhələ adladı

Tailand kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” də bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Uttaradit”lə qarşılaşıb. Əlavə vaxtda vurduğu qolla bu rəqibinə 2:1 hesabıyla qalib gələn “Buriram” 1/8 finala yüksəlib.

Şeydayev bu oyunun iştirakçısı olmayıb. O, əsas heyətin digər bəzi üzvləri kimi bu dəfə istirahət edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right