İngiltərə klubu yeni baş məşqçisini açıqlayıb

İngiltərənin "Nottingem Forest" komandasının yeni baş məşqçisi bəlli olub.

Newsport.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Nunu Eşpiritu Santu ilə 2,5 illik müqavilə imzalanıb.

O, dekabrın 23-də, XVIII turun "Bornmut"a qarşı matçında "canavarlar"da debüt edəcək. Santu bu postda ötən gün istefaya göndərilmiş Stiv Kuperi əvəzləyəcək.

Qeyd edək ki, "Nottingem Forest" Premyer Liqada 14 xalla 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right