Neymar Amerika Kubokunu buraxacaq

Braziliya millisinin məşhur üzvü Neymar 2024-cü il Amerika Kubokunu buraxacaq.

Newsport.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Braziliya millisinin həkimi Rodriqo Lasmar danışıb. O bildirib ki, hücumçu oktyabr ayında aldığı zədədən sonra əməliyyat olunub:

“Vaxt azdır, hələ tezdir, lazımsız riskə getməyin mənası yoxdur. Avqustun əvvəlində Avropada 2024/2025 mövsümü başlayır. Həmin vaxta kimi onu bərpa etməyə çalışacağıq. Səbirli olmalıyıq. Neymarın 9 aydan tez qayıtmasını gözləmək olmaz. 

Bədənin bu bağı meydana gətirməsi üçün vaxt lazımdır. Bu müddətdən sonra onun yüksək səviyyədə bərpa olunacağı gözlənilir”.

Qeyd edək ki, 2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right