"Fənərbaxça"da Ceko şoku: "Qalatasaray"a qarşı oynayacaq?

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Edin Ceko sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniyalı forvard komandanın bu gün baş tutan məşqində ayaq əzələsindən zədələnib. 37 yaşlı forvardın müalicəsinə başlanılıb.

Ceko sabah Super Liqanın 16-cı turunun "Kayserispor"la matçında komandaya kömək edə bilməyəcək. Onun 24 dekabr tarixində "Qalatasaray"la keçiriləcək derbi oyununa hazır olacağı ehtimal olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right