Qvardiola klublararası dünya çempionatını tənqid etdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola FIFA-nın klublararası dünya çempionatının yeni formatı haqqında danışıb.

Newsport.az xəbər verir ki, klublararası dünya çempionatı yeni formatla ilk dəfə 2025-ci ildə ABŞ-da keçiriləcək. Yarışda 32 komanda mübarizə aparacaq. Onların arasında "Mançester Siti"də var. Buna baxmayaraq, Qvardiola bu çempionatı tənqid edib: 

"Mən yeni yarışların əleyhinə deyiləm. Amma 3 gündən bir oyun keçirməyin mənası yoxdur. Mövsümöncəsi maliyyə problemlərinə görə Asiya və ABŞ-a getmək futbolçular üçün çox çətin olur. Mən nə edə bilərəm? Biz ABŞ-a yollanacağıq və dünya çempionatında mümkün olduğu qədər yaxşı oynayacağıq. Onlar yarış təşkil etməyə qərar veriblər. Yaxşı. Biz də buna uyğunlaşmalıyıq". 

Qeyd edək ki, yeni formata əsasən, oyunçuların sağlamlıq problemlərini həll etmək üçün iştirakçılara matçlar arasında üç günlük istirahət müddəti veriləcək. 2021, 2022, 2023 və 2024 Çempionlar Liqasının qalibləri turnirdə iştirak etmək hüququ qazanacaqlar. Qalan yerləri UEFA əmsallarında ən yüksək yer tutan komandalar tutacaq. FİFA-nın fikrincə yeni format komandalar arasında rəqabəti artıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right