"Barselona"nın prezidentindən Xavinin gələcəyi ilə bağlı açıqlama

"Barselona"nın prezidenti olan Joan Laporta komandanın baş məşqçisi Xavinin gələcəyi haqda danışıb. 

Newsport.az "Barça Universal"a istinadən xəbər verir ki, o, mütəxəssislə yolları ayırmağı düşünmədiklərini deyib: "Biz Xaviyə tamamilə güvənirik".

Hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Jirona"dan 9 xal geri qalır. Çempionlar Liqasının 1/8 final mərhələsində Kataloniya klubu "Napoli" ilə qarşılaşacaq.

Xavinin Barselona" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Son zamanlar onun istefaya göndərilə biləcəyi ilə bağlı xəbərlər yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right