"Liverpul"un "Mançester Yunayted"lə oyununda azarkeş rekordu qeydə alınıb

İngiltərə Premyer Liqasının XVII turunda keçirilmiş "Liverpul" - "Mançester Yunayted" oyununu 57158 azarkeş tribunadan izləyib.

Newsprot.az BBC-yə istinadən xəbər verir ki, bu, son 60 ildə "Enfild" stadionunda keçirilən matçlarda ən yüksək göstərici hesab edilir.

Son olaraq 1963-cü ildə FA kubokunun "Liverpul" - "Bernli" görüşündə daha çox fanat olub.

"Mançester Yunayted"lə qarşılaşma həmçinin "Liverpul" tarixində İngiltərə çempionatında tərəfdar sayına görə üçüncüdür.

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right