Baş məşqçi idman direktoru ilə əlbəyaxa dava etdi

“Portu”nun baş məşqçisi Serxio Konseysao “Sportinq”in idman direktoru Huqo Viana ilə dava edib. 

Newsport.az xəbər verir ki, sözügedən komandalar Portuqaliya çempionatının 14-cü turunda üz-üzə gəliblər. Matçda "Sportinq" 2:0 hesablı qələbə qazanıb.

Oyundan sonra Konseysao “Sportinq”in idman direktoru ilə danışmaq qərarına gəlib və qısa fikir mübadiləsindən sonra əlbəyaxa dava başlayıb. Hər iki komandanın üzvləri tərəfləri ayırmalı olublar.

Qeyd edək ki, "Sportinq" son 7 ildə ilk dəfə "Portu"ya qalib gəlib. “Sportinq” hazırda 34 xalla Portuqaliya çempionatının turnir cədvəlində 1-ci yerdədir. "Porto" isə 31 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right