Ançelottidən Arda Gülerin dönüş tarixi ilə bağlı açıqlama

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli futbolçusu Arda Gülerin son durumu ilə bağlı açıqlama verib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqada "Vilyarreal"a qalib gəldikləri matçdan (4:1) sonra Türkiyə millisinin üzvünün son durumu ilə əlaqədar deyib: "Arda Güler Milad bayramından sonra (25 dekabr qeyd olunur-red) hazır olacaq".

Qeyd edək ki, "Real" Milad bayramından sonra ilk matçında 2024-cü il yanvvarın 3-də "Malyorka"nı qəbul edəcək.

Xatırladaq ki, bu ilin yayında Madrid təmsilçisinə transfer olan A.Güler zədə səbəbindən klubda  hələ debüt edə bilməyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right