“Qarabağ”ın rəqibi bəlli olur

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Azərbaycan təmsilçisi “Qarabağ”ın da bu mərhələdəki rəqibi bəlli olacaq.

Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn “Qarabağ” bu mərhədə Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq.

“Qarabağ”ın potensial rəqibləri:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa”(Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Donetsk, Ukrayna)

Pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right