"Liverpul" "Mançester Yunayted"lə heç-heçə etdi, "Arsenal" lider oldu

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün turun mərkəzi matçında "Liverpul" "Mançester Yunayted"i qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.

"Liverpul" - "Mançester Yunayted" - 0:0

Qırmızı vərəqə: Dalot, 90+4 ("Mançester Yunayted")

Bu xal itkisindən sonra "Liverpul" liderliyi əldən verib. Hazırda Mersisayd klubu 38 xalla 2-ci pillədədir. Turnir cədvəlinə isə bu gün "Brayton"a qalib gələn (2:0) "Arsenal" başçılıq edir. "Aston Villa" 38 xalla 3-cü, "Mançester Siti" 34 xalla 4-cüdür. 28 xalı olan "Mançester Yunayted" isə 7-ci pillədə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right