"Sevilya"da ikinci baş məşqçi istefası

İspaniya La Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "Sevilya" Dieqo Alonso ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Dieqo Alonso oktyabr ayında Xose Luis Mendilibarın əvəzinə "Sevilya"nın baş məşqçisi təyin olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right