Məşhur futbolçu ABŞ klubunda

"Leyptsiq"in yarımmüdafiəçisi Emil Forsberq karyerasını ABŞ-da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu "Nyu York Red Bullz"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçli vingerlə 1 yanvar 2024-cü il tarixindən keçərli olan 3+1 illik müqavilə imzalanıb.

Emil Forsberq cari mövsümdə "Leyptsiq"in heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right