Ramil oynadı, komandası böyük hesabla uduzdu

Bu gün Tayland çempionatında 14-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Port"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard meydana start heyətində çıxıb və 53-cü dəqiqədə əvəzlənib.

Hazırda “Buriram Yunayted” 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right