Uruqvay millisinin üzvü paytaxt klubuna keçir

"Korintians" və Uruqvay millisinin müdafiəçisi Bruno Mendes Rusiyaya köçməyə hazırlaşır.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ÇSKA uruqvaylı futbolçunu heyətinə qatmağı planlaşdırır. 

Hətta ilkin təmasların olduğu və hətta şifahi razılığın da əldə edildiyi bildirilir. Ordu klubunun Bruno ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Futbolçunun Rusiya klubuna transferi “Korintians”la müqaviləsi başa çatdıqdan sonra gerçəkləşəcək. 24 yaşlı müdafiəçinin hazırkı klubu ilə müqaviləsi 2023-cü il dekabrın 31-nə qədərdir. O, karyerası ərzində “Uonderers”(Uruqvay), “Korintians”, “İnternasyonal” komandalarında oyanyıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right