“Real”ın yarımmüdafiəçisi Arda Gülər 2023-cü ildə meydana çıxa bilməyəcək.
Newsport.az AS-a istinadən xəbər verir ki, Madrid klubu 18 yaşlı futbolçunun sağalması üçün tələsmək istəmir və hesab edir ki, oyunçuya sağalmaq üçün vaxt verilməlidir.
Türkiyəli futbolçu hələ heç vaxt “kral klubu”nun heyətində matça çıxmayıb. İyulda o, menisküs zədəsi aldı, sentyabr və noyabr aylarında isə əzələ zədələnməsi diaqnozu qoyuldu.
Gülər 2023-cü ilin iyulunda “Fənərbaxça”dan “Real”a keçib.