Ərəblər daha bir məşhur futbolçuya təklif göndərəcək

“Əl-Hilal” “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiroya illik təxminən 20 milyon avro maaş təklifi göndərməyə hazırlaşır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun agentləri Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır. Həmçinin, braziliyalı oyunçu ilə PSJ-nin maraqlandığı da bildirilir.

Kazemiro 2022-ci ilin yayında “Real”dan 70,65 milyon avroya “qırmızı şeytanlar”a keçib. O, bu mövsüm komandanın heyətində 12 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right