Millimizin üzvü qol vurdu, komandası səfərdə qazandı

Niderland birinci divizionun 19-cu turun bir sıra oyunları baş tutub.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi “Eindhoven” “Utrext”in qonağı olub. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:2.

Bütün matçı meydanda keçirən Kökçü komandasının 3 qol vurmasında iştirak edib. Belə ki, o, 33 və 86-cı dəqiqələrdə birinci və dördüncü qolların ötürməsini verib. 90+3-də isə Kökçü “Eyndhoven”in beşinci qolunu vurub. “Eyndhoven” 29 xalla 10-cu pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right