Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, 8 qrupda 16 matçın hamısı eyni gündə oynanılacaq.
Azərbaycan təmsilçisi "Qarabağ" H qrupunda "Hekken"i (İsveç) qəbul edəcək. Görüş saat 21:45-də start götürəcək. Bugünkü görüş "Qarabağ" və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qala bilər. İsveçdə keçirilən matçda "Hekken"ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələsə, 2-ci yerin sahibi kimi qrupdan çıxacaq və Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələcək. "Qarabağ" heç-heçə sayəsində də bunu bacara bilər. Bunun üçün qrupun digər oyununda "Molde" "Bayer"ə qalib gəlməməlidir.
İspaniya "Betis"i Şotlandiya "Reyncers"ini, Fransa "Marsel"i isə Yunanıstanın AEK-ini qəbul edəcək.
Avropa Liqası, qrup mərhələsi, 6-cı tur
14 dekabr
A qrupu
00:00. "Vest Hem" (İngiltərə) - "Frayburq" (Almaniya)
00:00. "Olimpiakos" (Yunanıstan) - "Baçka-Topola" (Serbiya)
Xallar: "Vest Hem" - 12, "Frayburq" - 12, "Olimpiakos" - 4, "Baçka-Topola" - 1
B qrupu
00:00. "Brayton" (İngiltərə) - "Marsel" (Fransa)
00:00. "Ayaks" (Niderland) - AEK (Yunanıstan)
Xallar: "Marsel" - 11, "Brayton" - 10, AEK - 4, "Ayaks" - 2
C qrupu
00:00. "Betis" (İspaniya) - "Reyncers" (Şotlandiya)
00:00. "Aris" (Kipr) - "Sparta" (Çexiya)
Xallar: "Betis" - 9, "Reyncers" - 8, "Sparta" - 7, "Aris" - 4
D qrupu
00:00. "Sportinq" (Portuqaliya) - "Şturm" (Avstriya)
00:00. "Rakuv" (Polşa) - "Atalanta" (İtaliya)
Xallar: "Atalanta" - 11, "Sportinq" - 8, "Şturm" - 4, "Rakuv" - 4
E qrupu
21:45. "Yunion" (Belçika) - "Liverpul" (İngiltərə)
21:45. LASK (Avstriya) - "Tuluza" (Fransa)
Xallar: "Liverpul" - 12, "Tuluza" - 8, "Yunion" - 5, LASK - 3
F qrupu
21:45. "Renn" (Fransa) - "Vilyarreal" (İspaniya)
21:45. "Panatinaikos" (Yunanıstan) - "Makkabi" (Hayfa, İsrail)
Xallar: "Renn" - 12, "Vilyarreal" - 10, "Panatinaikos" - 4, "Makkabi" - 2
G qrupu
21:45. "Slaviya" (Çexiya) - "Servett" (İsveçrə)
21:45. "Roma" (İtaliya) - "Şerif" (Moldova)
Xallar: "Slaviya" - 12, "Roma" - 10, "Servett" - 5, "Şerif" - 1
H qrupu
21:45. "Bayer" (Almaniya) - "Molde" (Norveç)
21:45. "Qarabağ" - "Hekken" (İsveç)
Xallar: "Bayer" - 15, "Qarabağ" - 7, "Molde" - 7, "Hekken" - 0