"Mançester Yunayted"in yarımmüdafiəçisi "Ayntraxt"a keçir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beek karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi "Ayntraxt"a keçəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

26 yaşlı orta xətt oyunçusu mövsümün sonuna kimi icarə əsasında Frankfurt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Donni van de Beeki 2020-ci ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində 2 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right