"Çelsi"nin kapitanı yenə zədələndi marta kimi oynamayacaq

Son zamanlarda zədələrdən əziyyət çəkən "Çelsi"nin müdafiəçisi Ris Ceyms yenə sıradan çıxıb.

Newsport.az xəbər verir ki, kapitan köhnə zədəsini yeniləyib. Belə ki, 24 yaşlı sağ cinah müdafiəçisi ayaq əzəlisindən zədə alıb. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu mart ayına kimi yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ris Ceyms cari mövsümdə "Çelsi"nin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right