“Leyptsiq” və Almaniya millisinin hücumçusu Timo Verner İtaliyaya yollana bilər.
Newsport.az-ın məlumatına görə, forvard "Yuventus"a və ya "Milan"a keçə bilər.
Amma söhbət mümkün icarədən gedir. Turinlilər və milanlılar tam transferdə maraqlı deyillər.
Bu mövsüm Bundesliqa Verner 8 matçda 2 qol vurub.
27 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.