Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messiyə komandada qalmaq qərarına gəldiyini bildirib.
Newsport.az-ın məlumatına görə, bundan əvvəl Skaloni postunu tərk edə biləcəyini bildirmişdi.
Amma o, Messi ilə danışıb və onunla məsləhətləşdikdən sonra millidə qalmaq istəyib.
45 yaşlı mütəxəssis 2017-ci ildə Argentina millisinə köməkçi məşqçi vəzifəsinə təyin olunub. 2018-ci ildən sonra bu yana isə Skaloni millinin baş məşqçisidir.