İngiltərə Premyer Liqasının 15-ci turunun matçında "Tottenhem" öz meydanında "Vest Hem"ə uduzub (1:2).
Newsport.az-ın məlumatına görə, London təmsilçisi əvvəlcə hesabda öndə olsada, sonra məğlub duruma düşüb.
"Opta"nın məlumatına görə, "Tottenhem" İngiltərə çempionatında ardıcıl 5 matçda 1:0 hesabı ilə öndə olub və daha sonra xal itirib. Bu, Premyer Liqa tarixində ən pis seriyadır.
Hazırda "Tottenhem" çempionatın turnir cədvlində 27 xalla 5-cidir.