"Hekken"in baş məşqçisi Per-Matias Hoqmo istefa verəcək.
Newsport.az-ın məlumatına görə, 64 yaşlı mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunundan sonra postunu tərk edəcək. Bu barədə norveçli mütəxəssis İsveç mətbuatına açıqlamasında deyib.
Təcrübəli məşqçi bundan sonra Yaponiyanın "Urava Red Diamonds" klubuna başçılıq edəcək.
Qeyd edək ki, "Qarabağ" – "Hekken" qarşılaşması 14 dekabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.