“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda karyerasını başa vura bilər. Newsport.az xəbər verir ki, bunu ispaniyalı mütəxəssis özü açıqlayıb.
52 yaşlı məşqçi “trebl” edəcəkləri təqdirdə, futboldan gedəcəyini deyib: “Bu mövsüm trebl qazansaq, təqaüdə çıxacağam. Bu, mütləqdir. Çox çətin olduğunu bilirəm. İngiltərədə çoxlu heyrətamiz komandalar olub, ancaq ser Aleks Ferqyusonun başçılıq etdiyi komanda və biz bunu bacardıq”.
“Mançester Siti” ötən mövsüm Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasının qalibi olub. Qvardiola tarixdə iki trebl edək ilk məşqçidi. O, 2008-09 mövsümündə “Barselona” ilə də bunu bacarıb.
Qeyd edək ki, Qvardiolanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayına kimidi.