İspaniyalı "Barselona"nı tərk etməyə hazırlaşır

"Barselona"nın yarımmüdafiəçisi Ferran Torres bu qış komandadan ayrıla bilər.

Newsport.az "AS"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ona şans vermir və futbolçu İspaniya millisindəki yerini itirməkdən ehtiyat etdiyi üçün özünə yeni komanda tapmaq niyyətindədir.

23 yaşlı futbolçu "Valensiya", "Mançester Siti"də oynadıqdan sonra 2022-ci ildə "Barselona"ya keçmişdi. 

Onun "Barsa" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right