Braziliyada çempion müəyyənləşdi

“Palmeyras” ardıcıl ikinci dəfə Braziliya çempionu olub. Komanda “Kruzeyro” ilə səfər matçında heç-heçə edərək bunu bacarıb.

“Kruzeyro” – “Palmeyras” 1:1

Qollar: Endrik, 22 (0:1), Nikan, 81 (1:1).

Bu nəticədən sonra “Palmeyras” 70 xalla çempion adına yiyələnib. 2-ci yerdə qərarlaşan və 1 oyunu qalan “Atletiko Mineyro”nun 66 xalı var.

“Palmeyras” tarixində 12-ci dəfə Braziliya çempionu olub. “Santos” isə tarixində ilk dəfə B seriyasına düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right