Kurtua AVRO-2024-dən kənarda qalacaq

“Real”ın qapıçısı Tibo Kurtua AVRO-2024-dən kənarda qalacaq. Newsport.az xəbər verir ki, 31 yaşlı qolkiper Belçika millisi ilə turnirin final mərhələsinə yollanmamaq qərarına gəlib.
 
Kurtua yay fasiləsində çarpaz bağın yırtılması səbəbindən sıradan çıxıb. Onun gələn ilin yazında meydana qayıtması planlaşdırılır. Futbolçu Avropa çempionatı zamanı optimal formadan uzaq olacağı üçün turnirə yollanmayacaq. Kurtua bu barədə millinin məşqçilər korpusunu artıq məlumatlandırıb.
 
Qeyd edək ki, AVRO-2024-ün final mərhələsi iyun-iyul aylarında olacaq. Belçika millisi Slovakiya və Rumıniya ilə eyni qrupda yer alıb. Qrupun digər komandası isə pley-off mərhələsinin nəticələrinə əsasən bilinəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right