“Neftçi”nin baş məşqçisi Adrian Mutunun Rumıniyaya dönəcəyi ilə bağlı xəbərlər səngimək bilmir. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, ÇFR 44 yaşlı mütəxəssisi diqqətdə saxlamaqda davam edir.
Rəhbərlik hazırkı baş məşqçi Andrea Mandorlininin fəaliyyətindən narazıdı. Bu üzdən hər an onun istefası və Mutunun təyinatı reallaşa bilər. Bunun ÇFR-in idman direktoru Marius Bilaşko da təsdiqləyib: “Hər şey mümkündür. Əlbəttə, sabah yaxşı nəticə qazansaq, yəqin ki, mətbuatda bu mövzu ilə bağlı müzakirələr olmayacaq. Ancaq son vaxtlar baş verənlərdən razı deyilik. Futbolçular və məşqçilər də narazıdır”.
Qeyd edək ki Adrian Mutunun “Neftçi” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdi.