İspaniya millisinin üzvü "Bavariya"ya keçir

“Bavariya” “Qranada”dan futbolçu transfer edə bilər.

Newsport.az “El Chiringuito”ya istinadən xəbər verir ki, Münhen təmsilçisi adıçəkilən klubun vingeri Brayan Saraqosa ilə maraqlanır.

İddialara görə, Almaniya çempionu vurduğu 5 qolla bu mövsüm komandasının bombardiri olan 22 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə hazırdır. “Bavariya”nın isə futbolçu ilə 4 illik müqavilə imzalayacağı gözlənilir. 2023-cü ildə İspaniya millisində debüt edən Saraqosa “Qranada”nın yetirməsidir və “El Exido”da icarə əsasında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right