“Real” “Mançester Siti”nin hücumçusu Erlinq Halandla maraqlanır.
Newsport.az “Relevo”-ya istinadən xəbər verir ki, “kral klubu”nun 2024-cü il üçün əsas transfer hədəfi PSJ-nin hücumçusu Kilian Mbappedir. Amma klub rəhbərliyi Halandı da yaxından izləyir.
Norveçli forvard ötən yaydan “şəhərlilər”də oynayır. Haland bu mövsüm İngiltərə Premyer Liqasında 14 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.