Premyer Liqada bir ildə 20 qol vuran üçüncü futbolçu oldu

“Aston Villa”nın hücumçusu Olli Uotkins 2023-cü ildə Premyer Liqada 20 qol limitini vuran üçüncü futbolçu olub.

Newsport.az xəbər verir ki, ondan başqa bunu “Mançester Siti”nin hücumçusu Erlinq Haaland və “Liverpul”un futbolçusu Mohammad Salah ediblər.

İngiltərə Premyer Liqasının 14-cü turunun bir gün əvvəl, dekabrın 3-də keçirilən “Aston Villa” – “Bornmut” matçında Uotkinsin qolu birmingemliləri məğlubiyyətdən xilas edib.

Bu mövsüm Premyer Liqada cəmi 14 matçda Olli səkkiz qol vurub və altı məhsuldar ötürmə edib. 14 turdan sonra "Aston Villa" 29 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Transfermarkt internet portalı 27 yaşlı Uotkinsin təxmini dəyərini 55 milyon avro qiymətləndirir.

27 yaşlı hücumçu "Ekzeter Siti", "Brentford"da oynadıqdan sonra 2020-ci ildə "Aston Villa"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right