"Sabah rəqibimizin olmadığını yazacaqlar, amma ötən həftə mətbuatda başlıqlar fərqli idi"

“İnter”in baş məşqçisi Simone İnzaqi "Napoli" üzərində qazanılmış 3:0 hesablı qələbəni şərh edib.

Newsport.az xəbər verir ki, “DAZN”a danışan italiyalı mütəxəssis rəqabətin olub-olmamasından söz açıb:

"İlk hissə çox yaxşı başladı, Markus Turamın qolu cüzi ofsayd səbəbindən qeydə alınmadı. “Napoli” İtaliya çempionudur, rəqib təhlükəli epizodlar yaşatdı, amma ümumilikdə qələbə layiq idik. Bu, son altı oyunda beşinci səfər qələbəmizdir, bir həftə ərzində üçüncü oyunumuzdur və bizə belə bir performans lazım idi. Hesab 2:0 öndə olanda belə, nəzarəti itirmədik.Neapolda belə bir qələbə məmnunluq gətirir. Amma onu da bilirik ki, cəmi 14 tur keçib, qarşıda çoxlu matçlar var. Əminəm ki, sabah “İnter”in rəqibi olmadığını yazacaqlar, halbuki, “Benfika”ya 0:3 hesabı ilə uduzduqdan sonra mətbuatda başlıqlar fərqli idi. Biz bu haqda bilirik, bununla qarşılaşmışıq və gözləyə bilərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right