Ramil Şeydayev oynadı, komandası səfərdə heç-heçə etdi

Bu gün Tayland çempionatında 12-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Muanq Tonq Yunayted"in qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayev meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.

Hazırda “Buriram Yunayted” 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right