Vüsal İsgəndərli "Eqnatia"da növbəti qolunu vurdu

Futbol üzrə Albaniya çempionatında 15-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Vlajniya"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı vinger start heyətdə meydana çıxıb. O, 41-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

Xallarını 33-ə yüksəldən "Eqnatia" turnir cədvəlinin zirvəsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right