Almaniya millisinin futbolçusu "Borussiya"dan ayrılacaq

Almaniya millisinin üzvü Marius Volf “Borussiya”nı tərk edəcək.

Newsport.az-ın məlumatına görə, Dortmund klubunun rəhbərliyi 28 yaşlı futbolçu ilə müqavilə müddətini artırmayacaq.

Almaniyalı 2018-ci ildə “Borussiya”ya keçib. Futbolçunun hazırkı komandası ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Volfun Səudiyyə Ərəbistanı və Qətər klublarından birinə keçəcəyi gözlənilir.

Adıçəkilən futbolçu “Münhen 1860”, “Hannover”, “Ayntraxt”(Frankfurt), “Herta”, “Köln” komandalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right