"Qrasshopper" rəhbərliyi Dadaşovu transfer etmək istəyən "Hatayspor"a hansı cavabı verdi?

Azərbaycan millisinin forvardı Renat Dadaşov üçün "Hatayspor"un "Qrasshopper"lə danışıq aparması haqda xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, Superliqa klubu Dadaşovun transfer hüququna qışda sahib çıxmaq istəyir.

Bunun üçün isə, "Hatayspor" İsveçrə klubuna müəyyən məbləğ də təklif edib.

Lakin hələ ki, "Qrasshopper" "Hatayspor"un istəyinə müsbət yanaşmayıb.

24 yaşlı hücumçunun Sürix klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, yayda Türkiyə klubuna icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right