"Bavariya" üçün ciddi itki

"Bavariya"nın müdafiəçisi Buna Sarr sıradan çıxıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı məşq zamanı sol dizinin ön çarpaz bağı qopub. 

Sarr dünən əməliyyat olunub və buna görə də bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

31 yaşlı futbolçu 2020-ci il oktyabrın 5-də “Marsel”dən "Bavariya"ya keçib. Onun Münhen klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right